ABŞ prezidenti Donald Tramp Rusiya və Çinin İrana əhəmiyyətli dəstək verdiyinə şübhə ilə yanaşır.
Tramp bildirib ki, əgər belə bir yardım varsa, onun miqyası kiçikdir.
Publika.az xəbər verir ki, Amerika lideri bunu “TruthSocial” sosial media platformasında yazıb.
Tramp həmçinin qeyd edib ki, Moskva və Pekin Tehrana kömək etsələr, böyük zərərlə üzləşəcəklər. O, həmçinin Vaşinqtonun bu cür hərəkətlərdən tez bir zamanda xəbər tutacağını da bildirib.
ABŞ prezidenti Rusiya və Çinin İrana kömək etdiyi iddia edilən xəbərlərə münasibət bildirib. Lakin o, bu xəbərləri təsdiqləyən heç bir dəlil təqdim etməyib və bu cür iddiaları etibarlı hesab etmədiyini vurğulayıb.
Müəllif: Tural



