Dünya · Azxeber.com

Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ər-Riyad hava limanında beynəlxalq uçuşlar bərpa olunub xəbəri üçün şəkil
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanında beynəlxalq uçuşlar bərpa olunub.
"Associated Press" xəbər verir ki, Yəməndəki husilərin hücumları səbəbindən iki həftədən çox fəaliyyətini dayandıran hava limanının birinci və ikinci terminalları oktyabrın 25-dən yenidən istifadəyə verilib.
Hava limanının administrasiyası bildirib ki, birinci terminal daxili, ikinci terminal isə ölkənin milli aviaşirkətlərinin beynəlxalq reyslərinə xidmət göstərəcək.
Bu arada Səudiyyə Ərəbistanının hava hücumundan müdafiə qüvvələri Ər-Riyada istiqamətlənən ballistik raket və pilotsuz uçuş aparatını zərərsizləşdirdiklərini açıqlayıblar.
Qeyd edək ki, oktyabrın 10-da husilərin məsuliyyətini üzərinə götürdüyü hücumdan sonra hava limanının fəaliyyəti dayandırılmışdı. Husilər hava limanını yenidən hədəfə ala biləcəkləri barədə xəbərdarlıq ediblər.   ///apa.az///
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑