Dünya · Azxeber.com

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəza sərtləşdirilib xəbəri üçün şəkil
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev uşaqlara qarşı cinayətlərə, o cümlədən 14 yaşından kiçik şəxslərə qarşı cinsi zorakılığa görə məsuliyyəti sərtləşdirən qanun imzalayıb.
Bu barədə Özbəkistan Prezidenti Administrasiyasının rəhbəri Saida Mirziyoyeva sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, sənəd beş məcəlləyə və altı qanuna dəyişikliklərin edilməsini nəzərdə tutur:
"Bundan sonra 14 yaşından kiçik uşağa qarşı cinsi zorakılıq törətmiş şəxsləri 25 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir".
S.Mirziyoyeva həmçinin qeyd edib ki, uşaqlara qarşı zorakılığa görə bütün təqsirkarlar, o cümlədən təhsil müəssisələrinin əməkdaşları və qohumlar məsuliyyət daşıyacaqlar.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑