Dünya · Azxeber.com

Öldüyü elan olunan kişi meyitxanada dirildi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Öldüyü elan olunan kişi meyitxanada dirildi xəbəri üçün şəkil
Rusiyanın Arxangelsk şəhərində həkimlərin öldü hesab etdiyi 65 yaşlı kişi morqda gözlənilmədən ayılıb.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, kişi səhvən Voloseviç adına Birinci Şəhər Klinik Xəstəxanasının patoloji anatomiya şöbəsinə yerləşdirilib. Onun ürəyinin müvəqqəti dayanması səbəbindən ölü hesab edildiyi ehtimal olunur.
Hadisənin təfərrüatları ilə bağlı mənbələrin məlumatları fərqlənir. Mənbələrdən biri kişinin mənzilindən ölü halda götürülərək birbaşa morqa aparıldığını bildirir. Digər mənbənin sözlərinə görə isə o, xəstəxanadan morqa gətirilib.
Məlumata əsasən, gözlənilmədən ayılan 65 yaşlı kişi daha sonra reanimasiya şöbəsinə köçürülüb.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑