Dünya · Azxeber.com

Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin yeni rabitə peykləri qrupunu orbitə çıxarıb xəbəri üçün şəkil
Çinin "CAS Space" şirkəti "SpaceSail" rabitə peyklərinin 21-ci qrupunu uğurla orbitə çıxarıb.
AZXEBER.COM "Sinxua" agentliyinə istinadən xəbər verir ki, buraxılış noyabrın 3-də Bakı vaxtı ilə saat 04:15-də Çinin şimal-qərbindəki Szyutsüan kosmodromunun "Dunfen" kommersiya meydançasından həyata keçirilib.
Kosmik aparatları orbitə çıxarmaq üçün "Kinetica-2" daşıyıcı raketindən istifadə edilib.
Çində "Tsyanfan" adı ilə tanınan "SpaceSail" peykləri aşağı Yer orbitində Ku, Q və V tezlik diapazonlarında fəaliyyət göstərir.
Kosmik aparatlar Şanxay hökumətinin dəstəyi ilə "Shanghai Spacesail Technologies" şirkəti tərəfindən inkişaf etdirilən G60 peyk qruplaşmasının tərkibinə daxildir.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑