Dünya · Globalinfo.az

Zelenskiyə müharibəni bitirmək üçün vacib təklif

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Zelenskiyə müharibəni bitirmək üçün vacib təklif xəbəri üçün şəkil

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə sülh bağlamaq istəyirsə, Moskvaya getməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.

“Əgər Rusiya lideri Vladimir Putinlə görüşmək niyyəti ciddidirsə, buyursunlar. Ruslar Zelenskini Moskvada qəbul etməyə hazırdırlar”, – deyə ekspert qeyd edib.

Onun fikrincə, Avropada bu məsələ ilə bağlı razılıq əldə olunsaydı, bu, Rusiya ilə ciddi danışıqlara yol açardı.

Merkuris vurğulayıb ki, belə bir qərar Avropa ilə Rusiya arasındakı münasibətlərdə “əsl irəliləyiş” olardı.

Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Zelenski Vladimir Putinlə görüşüb söhbət etmək istəyirsə, Moskvaya gələ bilər. O, həmçinin diqqətə çatdırıb ki, Zelenski Putinlə görüşməyə hazır olduğuna dair mesajları müxtəlif kanallar vasitəsilə çatdırır.

Əliyar Xəlil
Globalinfo.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑