Dünya · Yeni Sabah

Qalibaf: Top ABŞ-nin meydançasındadır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qalibaf: Top ABŞ-nin meydançasındadır xəbəri üçün şəkil

"Ali Baş Komandan mümkün düşmən hücumuna qarşı hərbi strategiyamızı dəqiqləşdirib. Buna uyğun olaraq, düşmənin hər hansı bir səhv hesablamasına hərbi və strateji cavabımız gözlənilməz olacaq".

"Yeni Sabah" Mehr News-a istinadla xəbər verir ki, bunu İran parlamerntinin (İslami Şurası Məclisi) sədri Məhəmməd Baqir Qalibaf bildirib.

O əlavə edib: "İslam Respublikasının barmağı tətikdə, döyüşə hazır olduğu kimi, Amerika tərəfi də güclü və rasional cavab verməlidir. İndi müharibənin qarşısını almaq üçün top Amerikanın meydançasındadır. Biz hərbi sahədə müdafiə hazırlığının ən yüksək səviyyəsindəyik və əgər Vaşinqton yenidən strateji səhv edərsə, bilməlidir ki, bu dəfə yeni bir döyüş meydanı ilə qarşılaşacaq və çıxış yolu axtarmaqda daha aciz vəzityyətdə qalacaq". Dördpendirli pizza

Region ölkələrinə müraciət edən İslami Şurası Məclisinin sədri bildirib:

"Onlar bilməlidir ki, İran özünü müdafiə etməyə tam hazırdır və düşmənin hər hansı bir səhv hərəkəti halında güclü cavab verəcək".


BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑