İqtisadiyyat · AzPolitika

"Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür" - İlham Əliyev

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
"Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür" - İlham Əliyev xəbəri üçün şəkil

Ötən il Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi 50 faizdən çox artıb.

"AzPolitika" xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkmənbaşı şəhərində Azərbaycan və Mərkəzi Asiya dövlət başçılarının 8-ci Məşvərət görüşündə çıxış edərkən bəyan edib.

"Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı olan 400-dən çox şirkət fəal fəaliyyət göstərir. Son illərdə Azərbaycanın Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradılıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollarla ölçülür", - dövlət başçısı vurğulayıb.

Azərbaycan Prezidenti ilk növbədə birgə layihələrin reallaşdırılması, yeni istehsal sahələrinin yaradılması və sənaye kooperasiyasının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsinin zəruriliyini qeyd edib.

"Təkcə qarşılıqlı ticarəti artırmaq deyil, birlikdə investisiya yatırmaq, istehsal etmək və xarici bazarlara çıxmaq da vacibdir", - o əlavə edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑