Laçında Qorçu qəsəbəsinin tikintisinə 7,75 milyon manat ayrılır.
Banker.az xəbər verir ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” PHŞ Qorçu qəsəbəsinin tikintisinin I mərhələsi üzrə qeyri-yaşayış obyektlərinin tikintisi işlərini satın alır.
Satınalmanın ehtimal olunan qiyməti 7 750 246,92 manat təşkil edir.
Layihə Laçın şəhərində həyata keçiriləcək.



