İqtisadiyyat · Banker.az

“Carlsberg” Cənubi Qafqazda “PepsiCo”nun butulka biznesini alır - Cənubi Qafqaz klasteri yaradır

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Carlsberg” Cənubi Qafqazda “PepsiCo”nun butulka biznesini alır - Cənubi Qafqaz klasteri yaradır xəbəri üçün şəkil

Danimarkanın pivə və içki istehsalçısı “Carlsberg” ABŞ-ın qida və içki nəhəngi “PepsiCo”nun Gürcüstan və Ermənistandakı butulka bizneslərini almaq barədə razılığa gəlib.

Banker.az “Reuters”ə istinadən xəbər verir ki, sövdələşmələrin dəyəri açıqlanmayıb. Əməliyyatlar başa çatdıqdan sonra “Carlsberg”in “PepsiCo” ilə butulka istehsalı üzrə əməkdaşlıq etdiyi bazarların sayı 17-yə çatacaq.

“Carlsberg” Gürcüstanda “Iberia Refreshments” şirkətini, Ermənistanda isə “JI Pepsi Cola Bottler Armenia”nı “Revery”dən alacaq. Bununla şirkət hər iki ölkədə “PepsiCo”nun alkoqolsuz içkilərinin istehsalı, satışı və distribusiyasını öz üzərinə götürəcək.

Şirkət bildirib ki, Gürcüstan və Ermənistandakı yeni bizneslər Azərbaycandakı fəaliyyəti ilə birlikdə Cənubi Qafqaz klasteri yaradacaq. Məqsəd region üzrə daha geniş içki portfelinin inkişafı üçün vahid platforma formalaşdırmaqdır.

“Jyske Bank”ın analitiki Haider Anjumun fikrincə, investorlar üçün əsas məqam Gürcüstan və Ermənistan bazarlarının özü deyil, “Carlsberg” ilə “PepsiCo” arasında əməkdaşlığın daha da dərinləşməsidir. O hesab edir ki, bu yaxınlaşma gələcəkdə daha geniş əməkdaşlığa və yeni bazarlara çıxışa yol aça bilər.

“Carlsberg” Azərbaycana 2008-ci ildə daxil olub. Həmin il Xırdalandakı pivə zavodu “Carlsberg Group”un tərkibinə keçib, 2017-ci ildən isə şirkət “Carlsberg Azerbaijan” adı ilə fəaliyyət göstərir. Zavod 1969-cu ildən fəaliyyət göstərir və hazırda ölkənin ən iri pivə istehsalçısıdır.

Şirkət Azərbaycanda “Xırdalan” brendi altında müxtəlif pivə növləri, həmçinin “Carlsberg”, “Tuborg” və “1664 Blanc” kimi beynəlxalq brendlərin məhsullarını istehsal və satır. Xırdalan zavodunun illik istehsal gücü 8 milyon dekalitrdir. Carlsberg Azerbaijan
Bundan əlavə, “Carlsberg” 2027-ci il yanvarın 1-dən Azərbaycanda “PepsiCo”nun alkoqolsuz içkilərinin istehsalı, satışı və distribusiyasını da öz üzərinə götürəcək. Bunun üçün Xırdalan zavodunun genişləndirilməsi planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑