Siyasət · AzPolitika

AFFA “Səbail”in prezidentini niyə cəzalandırıb?

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
AFFA “Səbail”in prezidentini niyə cəzalandırıb? xəbəri üçün şəkil

AFFA İntizam Komitəsi “Səbail” klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırıb, klubu isə 3000 manat cərimələyib.

“AzPolitika” xəbər verir ki, buna I Liqanın VI turunda keçirilmiş “Şahdağ Qusar” – “Səbail” oyunundan sonra “dənizçilər”in rəhbərinin dəhlizə daxil olaraq hakimləri təhqir etməsi və onlara hədə-qorxu gəlməsi səbəb olub.

Bundan əlavə, qarşılaşmanın 85-ci dəqiqəsində "Səbail" azarkeşləri tərəfindən meydana kənar əşya atıldığına görə klub 600 manat cərimələnib.

Oyun başa çatdıqdan sonra “Səbail” azarkeşlərinin kütləvi şəkildə hakimlərin ünvanına təhqiramiz ifadələr səsləndirməsinə görə kluba 1500 manat cərimə tətbiq edilib.

Həmçinin “Səbail”in futbolçusu Rubin Seyidov dəhlizə daxil olaraq hakimləri təhqir etdiyinə və onlara hədə-qorxu gəldiyinə görə 4 oyunluq cəzalanıb. Bu hadisəyə görə də “Səbail” klubu 3000 manat cərimə ödəyəcək.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑