63 deputat sazişin lehinə, 32 nəfər əleyhinə səs verib
Ermənistan Parlamenti TRIPP sazişini təsdiqləyib. AYNA.AZ-ın erməni mediasına istinadən məlumatına görə, parlament "Ermənistan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında TRIPP Layihəsi çərçivəsində Strateji Əməkdaşlıq haqqında" çərçivə sazişini təsdiqləyib.
Bildirilib ki, 63 deputat sazişin lehinə, 32 nəfər əleyhinə səs verib və bitərəf qalmayıb.
Qeyd edək ki, bu ilin may ayında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio "Ermənistan Respublikası ilə ABŞ arasında TRIPP layihəsi çərçivəsində “Strateji Əməkdaşlıq haqqında" çərçivə sazişini paraflayıblar.


.jpg)


.jpg)