Bakı, 13 oktyabr,
Almaniyanın “Borussiya Dortmund” klubu baş məşqçisi Niko Kovaçla müqavilənin müddətini uzadıb.
AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, 54 yaşlı mütəxəssis 2029-cu il iyunun 30-dək komandaya rəhbərlik edəcək.
Onunla yanaşı, köməkçi məşqçilər Robert Kovaç və Filip Tapaloviç də Dortmund təmsilçisində fəaliyyətlərini davam etdirəcəklər.
Qeyd edək ki, “Borussiya Dortmund” Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın rəqiblərindən biridir. Komandalar arasında oyun oktyabrın 20-də Bakıda keçiriləcək.


