İdman · AZƏRTAC

Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Premyer Liqa: “Sabah” səfərdə “Turan Tovuz”a uduzub xəbəri üçün şəkil

Bakı, 30 oktyabr,

Futbol üzrə Azərbaycan Premyer Liqasında X tura start verilib.

AZƏRTAC xəbər verir ki, açılış matçında “Turan Tovuz” doğma meydanda son çempion “Sabah”la üz-üzə gəlib.

Tovuz şəhər stadionunda keçirilən görüş ev sahiblərinin 3:2 hesablı qələbəsi ilə bitib.

Enrike Silva 28-ci, Joralem Santos isə 30 və 37-ci dəqiqələrdə rəqib qapısına yol tapıblar. “Sabah”ın heyətində Coy Lens Mikels 70-ci, Ksander Severina isə 87-ci dəqiqədə fərqlənib. Bu qələbədən sonra ehtiyatda bir oyunu qalan “Sabah” 20 xalla turnir cədvəlinin lideridir. Qərb təmsilçisi isə 10 matçdan sonra 18 xalla dördüncü pillədə qərarlaşıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑