İdman · AZƏRTAC

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər xəbəri üçün şəkil

Bakı, 8 oktyabr,

Oktyabrın 9-dan 10-dək Xorvatiyanın Split şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 46-cı Seminarı və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Olimpiya Həmrəyliyi Forumu keçiriləcək.

Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirilib ki, forumda Azərbaycanı MOK-un baş katibi Azər Əliyev və xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edəcəklər.

Tədbir regional və beynəlxalq idman strukturunun gücləndirilməsi, həmçinin qarşıdan gələn mühüm idman yarışlarına hazırlıq məsələlərinə həsr olunacaq. Seminar və forum çərçivəsində əsas istiqamətlər üzrə plenar iclaslar və işçi sessiyaları keçiriləcək. Forumda 11-ci Qış "Pyotr Nurovski" mükafatı üzrə Avropanın ən yaxşı gənc idmançısının seçilməsi və mükafatlandırılması mərasimi təşkil ediləcək.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑