Bakı, 2 noyabr,
Niderlandlı pilot Maks Verstappen Formula 1 üzrə dünya çempionatının Meksika Qran-Prisinin qalibi olub.
AZƏRTAC xəbər verir ki, “Red Bull” komandasının pilotu Mexiko şəhərindəki Rodriges qardaşları avtodromunda keçirilən mövsümün 19-cu mərhələsində finiş xəttini birinci keçib.
“Ferrari”nin britaniyalı pilotu Luis Hamilton ikinci, “Mercedes”in italiyalı sürücüsü Kimi Antonelli isə üçüncü yeri tutub.
Çempionatın növbəti mərhələsi noyabrın 6-8-də Braziliyada keçiriləcək.






