Bakı, 12 oktyabr,
Dağ velosipedi üzrə Azərbaycan Kubokunun 3-cü mərhələsi keçirilib.
Azərbaycan Velosiped İdmanı Federasiyasından AZƏRTAC-a bildirilib ki, Dağ Velosipedi Parkında təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
Elit, U-23 və gənc oğlanlar arasında Respublika Olimpiya Velosiped Məktəbinin (ROEQİUGVM) təmsilçiləri fərqləniblər. Mirmövsüm Cəbrayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kamal İsmayılov 2-ci, Kənan Eyvazov isə 3-cü yeri tutub.
U-17 kateqoriyasında Əli Zeynalzadə, Toğrul Məmmədli və Kənan Eyvazov (hamısı ROEQİUGVM), müvafiq olaraq, ilk 3 pillədə qərarlaşıblar.
U-15 yaş kateqoriyasında da ROEQİUGVM idmançıları hamıdan güclü olublar - Məhəmmədəli Ağazadə qızıl, Mirəli Miryəhyayev gümüş, Kamran Abdullayev isə bürünc medala layiq görülüb.




