İdman · AZƏRTAC

Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanlı karateçi Sofiyada gümüş medal qazanıb xəbəri üçün şəkil

Bakı, 2 noyabr,

Azərbaycanlı karateçi Yusif Qəhrəmanlı Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən 16-cı WSF Avropa Ölkələri Şotokan Karate Birinciliyində gümüş medal qazanıb.

Karate Federasiyasından AZƏRTAC-a bildirilib ki, 14–15 yaşlı idmançıların mübarizəsində 70 kiloqramadək çəki dərəcəsində çıxış edən təmsilçimiz uğurlu nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Yusif Qəhrəmanlı yarışa məşqçiləri Şahin və Rəşid Xudaverdiyevlərin rəhbərliyi altında hazırlaşıb.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑