İdman · AZƏRTAC

Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan Kuboku: “Neftçi”nin 1/8 finaldakı rəqibi bəlli olub xəbəri üçün şəkil

Bakı, 28 oktyabr,

Futbol üzrə Azərbaycan Kubokunda II təsnifat mərhələsinin daha bir oyunu baş tutub.

AZƏRTAC xəbər verir ki, “Şəfa” “SOCAR Polymer Arena”da “Ağstafa Gəncləri”nə 9:2 hesabı ilə qalib gələrək 1/8 finala adlayıb. Komanda bu mərhələdə “Neftçi” ilə üz-üzə gələcək.

Günün sonuncu qarşılaşması saat 19:00-da Gəncə şəhər stadionunda “Kəpəz” və “Baku Sportinq” komandaları arasında olacaq.

Bu gün baş tutan digər görüşlərdə “İmişli” “Qaradağ Lökbatan”ı 3:1, “Şahdağ Qusar” MOİK-i 9:1, “Şamaxı” “Haypers”i 5:1 hesabı ilə məğlub edib. Bununla da “Şahdağ Qusar” “Qəbələ”yə, “İmişli” “Sabah”a rəqib olub. “Şamaxı” isə “Xankəndi” – “Gəncəbasar” cütünün qalibi ilə qarşılaşacaq.

Daha əvvəl “Sumqayıt”, “Qəbələ”, “Araz-Naxçıvan”, “Marafon” və “Zirə” 1/8 finala vəsiqə qazanıblar. Bu raunda oktyabrın 29-da yekun vurulacaq.

 

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑