İdman · AZƏRTAC

Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan güləşçisi Qazaxıstandakı dünya çempionatında bürünc medal qazanıb xəbəri üçün şəkil

Astana, 1 noyabr,

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

AZƏRTAC xəbər verir ki, 92 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz üçüncü yer uğrunda görüşdə İran güləşçisi Əmirhüseyn Firuzpura qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Beləliklə, Ali Tsokayev dünya çempionatını bürünc medalla başa vurub.

Qeyd edək ki, oktyabrın 24-də başlayan dünya çempionatına bu gün yekun vurulacaq.

Elşən Rüstəmov AZƏRTAC-ın müxbiri Astana 
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑