İdman · AZƏRTAC

Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər xəbəri üçün şəkil

Bakı, 10 oktyabr,

Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında fərdi yarışları yeddi medalla bitiriblər.

AZƏRTAC xəbər verir ki, bunlardan 1-i qızıl, 2-si gümüş, 4-ü bürünc mükafat olub.

Əhməd Yusifov (60 kiloqram) dünya çempionu olub. Zelim Tçkayev (81 kiloqram) və Uşanqi Kokauri (100 kiloqram) gümüş, Rəşid Məmmədəliyev (73 kiloqram), Ömər Rəcəbli (81 kiloqram), Murad Fətiyev (90 kiloqram) və Kənan Nəsibov (+100 kiloqram) bürünc medala sahib çıxıblar.

Qeyd edək ki, dünya çempionatına oktyabrın 11-də yekun vurulacaq. Son gündə qarışıq komanda yarışı təşkil olunacaq.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑