Bakı, 8 oktyabr,
Bakı Şərqi Avropa, Mərkəzi Asiya və digər region ölkələrindən olan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır.
Bunu “Akustik Qrup” şirkətinin baş direktoru İqor Livşits Bakıda keçirilən XIV Beynəlxalq Akustika Konfransı çərçivəsində AZƏRTAC-ın müxbiri ilə söhbəti zamanı deyib.
İqor Livşitsin sözlərinə görə, konfrans ilk dəfə Rusiyadan kənarda təşkil olunub. Bakı, həm də coğrafi mövqeyinə görə tədbirin keçirilməsi üçün məkan seçilib.
“Bizim fikrimizcə, Bakı qərbdə, şərqdə və cənubda yerləşən ölkələri birləşdirmək üçün çox əlverişli coğrafi məkandır”, - deyə o bildirib.
“Akustik Qrup”un baş direktoru diqqətə çatdırıb ki, şirkətin beynəlxalq layihəsi olan “Ag International” akustika sahəsində fəaliyyət göstərən mühəndisləri, layihəçiləri, memarları, tərtibatçı və istehsalçıları bir araya gətirir.
Onun sözlərinə görə, şirkət Serbiya, Moldova, Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələrindən olan tərəfdaşlarla əməkdaşlıq edir.
“Biz hesab edirik ki, bu, gələcək inkişafımız üçün bir istiqamətdir və bu sahələrdə fəaliyyətimizi daha da genişləndirmək üçün öz bilik və təcrübəmizdən istifadə etməyə çalışırıq”, - deyə o əlavə edib.
Müxbir – Lalə Minasazova Foto – Səfiyar Məcnun



.jpg)