Azərbaycanın xalq artisti Zaur Rzayevin son durumu açıqlanıb.
Kult.az xəbər verir ki, Ölkə.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, onun müalicəsi Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir.
Z.Rzayevin vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, xalq artisti sentyabrın 5-də xəstəxanaya yerləşdirilib. Ona qaraciyər sirrozunun dekompensasiya mərhələsi, assit və qaraciyər ensefalopatiyası diaqnozları qoyulub. Sənətçiyə zəruri tibbi xidmətlər göstərilib.
Müğənni evə buraxılsa da, vəziyyəti yenidən pisləşib və xəstəxanaya aparılıb.






