Türk Dövlətləri Təşkilatının yeni Baş katibi müəyyənləşib. Gununesi.info xəbər verir ki, özbəkistanlı diplomat Mirvahid Əzimov TDT-nin yeni Baş katibi olub. Bundan əvvəl TDT-nin Baş katibi vəzifəsini qırğızıstanlı diplomat Kubanıçbek Ömüralıyev tutub. Gununesi.info
Ağ Evdə keçirilən Hellouin tədbirində sovet tankçısı geyimində olan oğlan uşağı diqqət çəkib.
Modern.az xəbər verir ki, Donald və Melaniya Trampın uşaqlara şirniyyat payladığı tədbirdə oğlan hərbi geyimdə və üzərində qırmızı ulduz olan sovet furajkasında iştirak edib.
Onunla birlikdə prezident cütlüyünə ənənəvi rus geyimini xatırladan sarafan və kokoşnik geyinmiş qız uşağı da yaxınlaşıb.
Melaniya Tramp oğlana şokolad verərək furajkasını düzəldib. Donald Tramp isə qıza şirniyyat uzadıb.
Q
Yaponiyada Tokionun əsas funksiyalarını zərurət yarandıqda yerinə yetirəcək “ikinci paytaxt”ın müəyyənləşdirilməsini nəzərdə tutan qanun qüvvəyə minib.
Modern.az xəbər verir ki, “Kyodo” agentliyinin məlumatına görə, yeni qanun müəyyən meyarlara cavab verən prefekturalara bu status üçün müraciət etmək imkanı yaradır.
Mümkün namizədlər arasında Hokkaydo, Ayti, Osaka və Fukuoka var. Qanun alternativ paytaxtların sayını birlə məhdudlaşdırmır. Buna görə də bir neçə bölgəyə bu status verilə bilər.
Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) İŞİD terror təşkilatının üzvü olan Uğur Bahadırı Əfqanıstan-Pakistan bölgəsində keçirdiyi əməliyyat nəticəsində saxlayaraq Türkiyəyə gətirib.
Modern.az xəbər verir ki, bu barədə Türkiyənin təhlükəsizlik mənbələri məlumat yayıb.
Məlumata görə, MİT-in kəşfiyyat fəaliyyəti nəticəsində “Abdullah” kod adlı terrorçu Uğur Bahadırın Türkiyədən Əfqanıstan-Pakistan bölgəsinə keçdiyi müəyyən edilib.
Onun həmin ərazidə İŞİD-ə məxsus bir neçə düşərgədə müxtəli
Ermənistanın Şirak vilayətində rüşvət vermə və alma işi üzrə 10 nəfər saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə Ermənistan mediası Korrupsiyaya qarşı Mübarizə Komitəsinə istinadən məlumat yayıb.
"Korrupsiyaya qarşı Mübarizə Komitəsində rüşvət alma və vermə halları üzrə başlanmış cinayət işi çərçivəsində 10 nəfər, o cümlədən Məhkəmə Aktlarının Məcburi İcrasının Təmin Edilməsi Xidmətinin Şirak ərazi bölməsinin rəisi və daha 2 vəzifəli şəxs saxlanılıb", – komitədən bildiriblər.
3 vəzifə