Ukrayna Prezidenti Vladimir Zelenski Rusiya ilə münaqişəni dəfələrlə bitirə bilərdi, lakin bunu etməməyi seçdi.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp jurnalistlərin suallarını cavablandırarkən deyib.
ABŞ liderinin fikrincə, Vladimir Zelenski razılaşma əldə edə bilər, amma nədənsə bunu etmir:
"Düşünürəm ki, Ukraynanın yeni prezident seçmək vaxtı çatıb. Mən razılaşma əldə edə biləcək yeni bir lider tapmağı təklif edirəm. Çünki Zelenski çox razılaşma bağlaya bilərdi, lakin nədənsə bunu heç vaxt etmədi".




