Dünya · Axar.az

Ruslar kütləvi şəkildə ev axtarır - İrəvanda bahalaşma

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ruslar kütləvi şəkildə ev axtarır - İrəvanda bahalaşma xəbəri üçün şəkil

Rusiyada yeni səfərbərlik dalğası ilə bağlı narahatlıqlar Ermənistan və Gürcüstanda mənzil kirayəsi qiymətlərinin kəskin artmasına səbəb olub.

Axar.az xəbər verir ki, "Avronyus"un məlumatına əsasən, yay aylarında hər iki ölkədə kirayə mənzillərin qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 20–30 faiz yüksəlib.

Bahalaşmanın əsas səbəbi Rusiyadan gələn və yeni səfərbərlik ehtimalından ehtiyat edərək qonşu ölkələrdə kirayə mənzil axtaran vətəndaşların sayının artmasıdır.

Rusiya vətəndaşlarının Ermənistan və Gürcüstana axını kirayə mənzil bazarında tələbatı artırıb. Nəticədə hər iki ölkədə mənzil kirayəsi qiymətlərində ciddi yüksəliş qeydə alınıb.

Məlumata görə, xüsusilə İrəvanda vəziyyət diqqət çəkir. Paytaxtda ikiotaqlı mənzilin aylıq kirayəsi 800–900 avroya çatıb. Halbuki Ermənistanda orta aylıq əmək haqqı təxminən 790 avrodur.

Ermənistan Kadastr Komitəsinin məlumatına əsasən, 2026-cı ilin avqustunda İrəvanda mənzillərin orta satış qiyməti ötən ilin eyni dövrü ilə müqayisədə 23,5 faiz artıb. Ölkədə əcnəbilərin həyata keçirdiyi daşınmaz əmlak əməliyyatlarının təxminən 72 faizi Rusiya vətəndaşlarının payına düşür.

Tiflisdə isə mənzil kirayəsi aylıq 450 avrodan başlayır. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücumundan sonra şəhərdə kirayə qiymətləri 60–70 faizə qədər yüksəlmişdi.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑