Rusiya iqtisadiyyatını kadr çatışmazlığından xilas etmək üçün miqrant işçilərdən istifadə etməyə çalışıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Daxili Kəşfiyyat Xidmətinin məlumatında deyilir.
Mövcud məlumata görə, Əfqanıstandan işçilərin cəlb edilməsi ilə bağlı danışıqlar dalana dirənib.
Ukrayna kəşfiyyatı ehtimal olunan səbəblər kimi dil baryerini, mədəni fərqləri və Əfqanıstandakı qeyri-sabitlikdən qaynaqlanan təhlükəsizlik risklərini göstərib.
Xüsusilə, əfqan işçilərin rus dilini öyrənmək istəməməsi prosesi ləngidir.
Talibanın Rusiyanın terrorçu təşkilatlar siyahısından çıxarılmasının da müsbət nəticəsi olmayıb.

