Quql rəhbərliyi ABŞ Prezidenti Donald Trampın Atlantik okeanının adının dəyişdirilməsi ilə bağlı təklifini rədd edib.
Axar.az xəbər verir ki, Donald Tramp çıxışında Quqlun baş direktoru Sundar Piçai ilə söhbətinin detallarını açıqlayıb.
Tramp Quql Məps vasitəsilə Atlantik okeanının adının “Tramp okeanı” ilə dəyişdirmək niyyətinin olduğunu deyib.
“Piçai isə qətiyyətlə mənə cavab verdi: “Yox, yox, yox. Bu dəfə mən bunu etməyəcəyəm. Okeanlar ayrı şeylərdir, cənab. Onlar çoxlu ölkələri əhatə edir. Xahiş edirəm, bizdən bu barədə heç nə istəməyin”.
Tramp bundan sonra onunla razılaşdığını və Atlantik okeanının adının saxlanıldığını bildirib.


