Dünya · Axar.az

Ombudsman Trampın xanımına atəşkəs üçün müraciət etdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Ombudsman Trampın xanımına atəşkəs üçün müraciət etdi xəbəri üçün şəkil

Oleşkidə humanitar missiya zamanı altı yaşayış məntəqəsində müvəqqəti atəşkəs elan edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının İnsan hüquqları üzrə müvəkkili Dmitri Lubinets brifinq zamanı məlumat verib.

O əlavə edib ki, Rusiya tərəfi ilə Xerson vilayətində atəşkəsin müddətinin uzadılması məsələsini də müzakirə edib. Lubinets atəşkəs rejiminin digər bölgələrə də şamil oluna biləcəyini istisna etməyib:

“İlk növbədə Xerson vilayətinin ərazisində yerləşən yaşayış məntəqələrindən söhbət gedir. Daha sonra imkan daxilində bu müsbət təcrübəni digər bölgələrə də genişləndirmək olar”.

O qeyd edib ki, Rusiya ombudsmanı da ötən gün mətbuat konfransı keçirərək, digər yaşayış məntəqələrində oxşar humanitar missiyaların təşkilinə nail olmaq məqsədilə ABŞ-ın birinci xanımı Melaniya Trampa rəsmi müraciət edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑