Dünya · Sfera.az

NATO qırıcıları havaya qaldırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
NATO qırıcıları havaya qaldırıldı xəbəri üçün şəkil

Latviyanın silahlı qüvvələri ölkənin iki bölgəsində mümkün hava təhlükəsi barədə xəbərdarlıq yayıb.

Sfera.az bildirir ki, bu barədə “Reuters” məlumat yayıb.

Məlumata görə, Baltikyanı ölkənin hava məkanında yarana biləcək təhlükə ilə əlaqədar hərbi qüvvələr xəbərdarlıq ediblər. Eyni zamanda, NATO-ya üzv ölkələrin qırıcı təyyarələri Latviyanın hava məkanında patrul xidmətini davam etdirir.

Qeyd olunur ki, son vaxtlar Latviya ilə yanaşı, Litva və Estoniyanın hava məkanında da Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş aparatlarının göründüyü bildirilir.

Xatırladaq ki, bundan əvvəl CBC telekanalı NATO hərbi komandanlığının Baltikyanı ölkələrdə hava hücumundan müdafiə imkanlarını və hava patrulunu gücləndirmək planları barədə məlumat yaymışdı.

Bu prosesdə Türkiyə, İspaniya və İtaliyaya məxsus hərbi təyyarələrin də iştirak etdiyi bildirilir.

Fatimə

Sfera.az

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑