Dünya · Axar.az

Neft emalı zavodlarımız vuruldu, tədbir görürük - Novak

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Neft emalı zavodlarımız vuruldu, tədbir görürük - Novak xəbəri üçün şəkil

Qısa fasilədən sonra Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiyadakı neft emalı müəssisələrinə hücumları yenidən başlayıb. Bu gün üç neft emalı zavodu (NEZ) və bir qaz-kimya kompleksi hücuma məruz qalıb.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak məlumat verib.

“Zavodlardan birinə kiçikhəcmli ziyan dəyib, ümumilikdə isə mühafizə sistemimiz və hava hücumundan müdafiə qüvvələrimiz öz vəzifəsini yerinə yetirib”, – o qeyd edib.

Novak bildirib ki, müəssisələr təhlükəsizliklərinin təmin olunması üçün zəruri tədbirlər görür.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑