Dünya · Axar.az

Moldova Ukraynaya nota verdi

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Moldova Ukraynaya nota verdi xəbəri üçün şəkil

Moldova Ukraynaya etiraz notası təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə moldovalı deputat Lilian Karp deyib.

Məlumata görə, Ukraynanın iki sərhədçisi Dnestr çayını üzərək keçməyə çalışan bir kişini təqib edib, bu zaman isə dövlət sərhədini pozublar.

Deputat sərhədçilərin kişiyə qarşı hərəkətlərini pisləyərək bildirib ki, sərhədin pozulmasına Ukrayna vətəndaşının ölkəni qanunsuz tərk etmək cəhdi ilə bəraət qazandırmaq olmaz:

“Moldovadan sığınacaq istəyən kişi çox güman beynəlxalq qanunvericiliyə uyğun olaraq onu alacaq”.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑