Dünya · Axar.az

Məlumat aldıq, Rusiya bunu dəstəkləyir - Zelenski

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Məlumat aldıq, Rusiya bunu dəstəkləyir - Zelenski xəbəri üçün şəkil

Ukrayna ABŞ-dan Rusiyanın sülh danışıqları aparmaq üçün Vaşinqton və Kiyev nümayəndələri ilə texniki səviyyədə üçtərəfli görüşü dəstəklədiyi barədə məlumat alıb.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.

"Amerika tərəfi bunu mümkün qədər tez etməyi təklif edir və biz bu təşəbbüsü dəstəkləyirik. Bu görüşün tarixini bilmirəm. Gündəm müharibəyə son qoymaq, sülhü yaxınlaşdırmaq və liderlər səviyyəsində görüş üçün hər şeyi hazırlamaqdır", - deyə Zelenski qeyd edib.

O əlavə edib ki, Ukrayna rəsmiləri müharibəyə son qoymaq üçün ABŞ və Rusiya nümayəndələri ilə əlaqə saxlayacaqlar.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundunun Əbu-Dabidə, noyabrın ortalarında keçirilə biləcəyini açıqlayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑