Dünya · Axar.az

İsrail Türkiyə PUA-sından yazdı: Ondan gizlənmək çətindir...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İsrail Türkiyə PUA-sından yazdı: Ondan gizlənmək çətindir... xəbəri üçün şəkil

Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Dəniz qurdu" təlimi zamanı nümayiş etdirdiyi şəbəkə mərkəzli müharibə konsepsiyası İsrail mətbuatının diqqətini cəlb edib.

Axar.az xəbər verir ki, İsrailin "i24" nəşrində dərc olunan təhlildə PUA-larla dəniz vasitələri arasında məlumat mübadiləsinin sualtı qayıqların gizliliyinə təhlükə yarada biləcəyi vurğulanıb.

Türkiyənin Aralıq dənizinin şərqində artan hərbi gücünü təhlil edən yazıda İsrailin strateji aktivləri arasında yer alan "Draqon" və "Dolfin" sualtı qayıqlarının bu proseslərdən təsirlənə biləcəyi də bildirilib.

Məqalədə “TCG Anadolu" aviadaşıyıcısından qalxan, qatlana bilən qanadlara malik "Bayraqdar TB3" PUA-sının sualtı qayıqlara qarşı mübarizədəki rolu barədə də yazılıb. Qeyd olunub ki, sözügedən PUA-lar su altındakı akustik siqnalların real vaxt rejimində qiymətləndirilməsinə töhfə verməklə dənizdə müşahidə şəbəkələrini genişləndirə bilər.

Təhlildə bildirilib ki, Türkiyə PUA-lardan istifadə etməklə quru əməliyyatları üçün hazırladığı yanaşmanı dəniz sahəsinə də tətbiq edir. Bu konsepsiya, yüksək dəyərli sualtı qayıqlara qarşı daha aşağı maliyyəli sensorlardan ibarət aşkarlama və izləmə şəbəkəsinin qurulmasına əsaslanır.

Vurğulanıb ki, TB3-ün əhəmiyyəti onun birbaşa zərbə endirmək imkanından daha çox, toplanmış kəşfiyyat məlumatlarını digər vasitələrə ötürmək qabiliyyətindədir. Şübhəli bir sualtı qayıq siqnalı aşkar edildikdə, məqsəd bu məlumatları dərhal dəniz patrul təyyarələri, sualtı qayıqlar və suüstü döyüş gəmiləri ilə bölüşməkdir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑