Dünya · Globalinfo.az

Türkiyədə onlar sosial şəbəkələrə girə bilməyəcək – Qərar

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Türkiyədə onlar sosial şəbəkələrə girə bilməyəcək – Qərar xəbəri üçün şəkil

Türkiyədə yaşı 15-dən aşağı olan şəxslər sosial şəbəkələrdə hesab aça bilməyəcəklər.

Globalinfo.Az “TRT Haber”ə istinadən xəbər verir ki, Türkiyə Prezident Administrasiyası Kibertəhlükəsizlik İdarəsinin yeni qaydalarına əsasən, noyabrın 1-dən hesablar üçün yaşın təsdiqlənməsi məcburi olacaq.

Mövcud hesabların yoxlanılması isə 31 mart 2027-ci ilədək müəyyənləşdirilib. İstifadəçilər o vaxtadək yaş təsdiqini tamamlaya biləcəklər. Yaşın təsdiqlənməsi “e-Devlet” sistemi vasitəsilə həyata keçiriləcək.

Həmçinin, 15-18 yaşlı gənclərin yaşlarına və inkişaf səviyyələrinə uyğun, daha təhlükəsiz rəqəmsal mühitdə xidmət alması planlaşdırılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑