Dünya · Azxeber.com

Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Etiraz aksiyaları ilə əlaqədar 40-dan çox metro stansiyası bağlanacaq xəbəri üçün şəkil
Fransanın paytaxtı Parisdə gözlənilən etiraz aksiyaları ilə əlaqədar bu gün 40-dan çox metro stansiyasının fəaliyyəti dayandırılacaq.
AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, bu barədə Parisin ictimai nəqliyyat operatoru "RATP" məlumat yayıb.
Bildirilib ki, polis prefekturasının tələbi və təhlükəsizlik tədbirləri çərçivəsində stansiyalar şənbə günü bağlanacaq. Onların əksəriyyəti Parisin mərkəzi hissəsində yerləşir. Stansiyaların bəziləri artıq fəaliyyətini dayandırıb, digərlərinin isə gün ərzində bağlanacağı gözlənilir.
Qeyd edək ki, Fransada bu gün ardıcıl üçüncü şənbə günü kütləvi etiraz aksiyaları keçiriləcək. Aksiyalara həmkarlar ittifaqları, eləcə də "Sarı jiletlilər” hərəkatının nümayəndələri çağırış ediblər.
BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑