Dünya · Axar.az

İmamoğlu və Sarıgül arasında gərginlik – İddia

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
İmamoğlu və Sarıgül arasında gərginlik – İddia xəbəri üçün şəkil

Çirkli pulların yuyulması istintaqı çərçivəsində həbs olunan Yeni Partiyanın Ərzincan üzrə keçmiş millət vəkili Mustafa Sarıgülün oğlu Əmir Sarıgül və İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs olunan sədri Əkrəm İmamoğlu arasında həbsxanada gərginlik yarandığı iddia olunub.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, İmamoğlu Sarıgülə "Siz Özgür Özələ xəyanət etdiniz" deyə qışqırıb. Sarıgül isə cavabında "Kəs səsini, siz hamınız fırıldaqçısınız!" deyib.

Qeyd edək ki, "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq" ittihamı ilə həbs olunan Əmir Sarıgül prokurorluğa verdiyi ifadədə partiyanın təsis prosesi ilə bağlı sensasion iddialar irəli sürüb. Atası Mustafa Sarıgülün Özgür Özələ maliyyə dəstəyi verdiyini iddia edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑