Dünya · Axar.az

Fransada kütləvi etirazlar: 511 nəfər saxlanıldı - Video

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Fransada kütləvi etirazlar: 511 nəfər saxlanıldı - Video xəbəri üçün şəkil

2026.10.31 - 23:24

Oktyabrın 31-də Fransada keçirilən etiraz aksiyalarında iştirakçıların sayı ilə bağlı həmkarlar ittifaqları və Daxili İşlər Nazirliyi fərqli rəqəmlər açıqlayıb.

Axar.az xəbər verir ki, gənclər təşkilatlarını və həmkarlar ittifaqlarını birləşdirən qurumun məlumatına görə, ölkə üzrə nümayişlərə təxminən 500 min nəfər qatılıb. Onlardan 200 mini Parisdə küçələrə çıxıb.

Parisdə nümayişin əsas hissəsi sakit keçsə də, yürüşün sonunda qarşıdurmalar baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 200-300 nəfərlik qrupla polis arasında toqquşmalar zamanı partlayıcı qurğu polis əməkdaşlarından birinə dəyib.

Daxili İşlər Nazirliyi isə ölkə üzrə 320 min, paytaxtda 70 min nəfərin nümayişlərə qatıldığını bildirib. Həmçinin DİN etirazlar zamanı 422 nəfərin saxlanıldığını açıqlayıb.

***

Fransada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılan nümayişçilərin sayı 511 nəfərə yüksəlib.

Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑