Gündəm · Axar.az

Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər...

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycanda işləyəndən sonra Qafana axın edirlər... xəbəri üçün şəkil

Zəngəzur bölgəsində işləyən miqrantlar Ermənistanda narahatlıq yaradıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, “Hraparak” nəşri bölgədə, xüsusilə mərkəz Qafanda demoqrafik mənzərənin dəyişdiyini yazır.

Nəşr bildirir ki, şəhərin küçələrində, ticarət mərkəzlərində və iş yerlərində əcnəbilərə, Mərkəzi Asiya və Uzaq Şərqdən gələnlərə rast gəlmək olur:

“Miqrant axınının obyektiv səbəbləri var. Qafanda filiz emalı zavodu yerləşir, Zəngəzurda genişmiqyaslı tikinti və infrastruktur layihələri həyata keçirilir. Şimal-Cənub magistral yolunun yeni hissələri, körpülər, Qacaran-Aqarak yolu və 7,2 kilometrlik Qacaran meqatuneli inşa edilir. Burada yerli işçi əvəzinə yüzlərlər əcnəbi – Mərkəzi Asiyadan olan türkmənlər və özbəklər, eləcə də hindlilər və iranlılar işə cəlb olunub. Özbəklər və türkmənlər üçün ənənəvi iş məkanı olan Türkiyədə viza rejimi və yaşayış qaydalarının sərtləşdirilməsi onları asan formada iş icazəsinin verildiyi Ermənistana gətirib”.

Nəşrin əsas diqqət çəkdiyi məqam türkmənlərin Zəngəzur bölgəsində çoxalmasıdır: “Zəngəzurda, xüsusilə Qafan və Qacaranda miqrasiya hərəkətliliyi həyəcan təbili çalır. Çünki Qafanın küçələrində, mağaza və iş yerlərində daha çox türkmənlər nəzərə çarpır. Onların bir çoxu Ermənistana gəlməmişdən əvvəl Azərbaycanda işləyiblər. Hazırda Ermənistandakı sayları min nəfərdən çoxdur, hətta 1500 nəfər. Hindlilər və farslar da var, lakin onlar azlıq təşkil edir. Türkmənlər görünüş və dil baxımdan fərqlənirlər. Pasportlarında Azərbaycana giriş və çıxış möhürləri var”.

Qafan sakini Qor Stepanyan bildirir ki, türkmənlər artıq ailələrini də gətirməyə başlayıb.

“Qafan və Qacaranın ən böyük tikinti şirkətlərində çalışanların əhəmiyyətli hissəsi türkmənlərdir. Gündüzlər Qafan şəhərinin küçələri mənə 80-ci illərdəki Bakını xatırladır. Fikrimcə bu, Zəngəzurun türkləşdirilməsi planının bir hissəsidir”, - o iddia edir.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑