İdman · Axar.az

Azərbaycan millisi Vyetnam yığmasına məğlub oldu

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Azərbaycan millisi Vyetnam yığmasına məğlub oldu xəbəri üçün şəkil

Azərbaycan millisi Bakıda təşkil olunan FIFA U-15 Dünya Çempionatı və Festivalında növbəti oyununu keçirib.

Axar.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçisi olduğu komanda C Divizionunda Vyetnam yığmasına məğlub olub - 4:2.

Qeyd edək ki, Azərbaycan millisi AF qrupunu 9 xalla üçüncü pillədə başa vuraraq C Divizionuna vəsiqə qazanıb.

Yığma qrup mərhələsində Timor-Lesteni 6:0, Andorranı 1:0, İsraili isə 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliyaya 1:3, Haitiyə isə 0:4 hesabı ilə uduzub.

Millimiz C Divizionundakı ilk oyununda Çiliyə 1:3 hesabı ilə məğlub olub, Cəbəllütariqi 5:1, Mozambiki isə 4:1 hesabı ilə məğlub edib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑