İdman · İdman.biz

“Frozinone”dən darmadağın - A Seriyasında tarixi nəticə - YENİLƏNİR

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
“Frozinone”dən darmadağın - A Seriyasında tarixi nəticə - YENİLƏNİR xəbəri üçün şəkil

İtaliya A Seriyasında doqquzuncu turun oyununda “Frozinone” doğma meydanda “Leççe”ni 5:1 hesabı ilə məğlub edib.

İdman.Biz xəbər verir ki, meydan sahiblərinin heyətində Matteo Çiçella 25-ci, Cakomo Kalo penaltidən 45-ci, Antonio Raymondo isə 59-cu dəqiqədə fərqlənib.

Daniel Bırligea 72-ci və 90+4-cü dəqiqələrdə vurduğu qollarla dubl edib, qonaqların yeganə qoluna isə 82-ci dəqiqədə Joel Monteyro imza atıb.

Bu qələbə sayəsində “Frozinone” turnir cədvəlində altıncı pilləyə yüksəlib və beşinci yerdəki “Milan”dan cəmi bir xal geri qalır.

B Seriyasından yüksələn komanda A Seriyasında mövsümə ən yaxşı start verən yeni iştirakçı rekordunu təkrarlayıb.

Belə nəticə sonuncu dəfə 2007-ci ildə aşağı liqadan qayıdan “Yuventus” tərəfindən qeydə alınıb.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑