Avropa ölkələri hökumətdə dəyişikliklərdən sonra belə Rusiyaya münasibətdə siyasi kursu dəyişməyəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl deyib.
“Avropada siyasi dəyişikliklər olarsa, Rusiyaya münasibətdə hər şeyin dəyişəcəyi ilə bağlı müəyyən gözləntilər var. Belə düşünmürəm”, - deyə o bildirib.
Knaysl qeyd edib ki, avropalılar tezliklə ABŞ-la işgüzar əlaqələri yoluna qoymağa çalışacaqlar.



