ABŞ-da seçicilər Prezident Donald Trampın administrasiyasında korrupsiya hallarından narahatdır. Qiymətlərin artması və İrana qarşı aparılan, cəmiyyətdə dəstək qazanmayan müharibə fonunda hakimiyyətin fəaliyyəti ilə bağlı narazılıqlar daha da artır.
Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.
“Focaldata”nın keçirdiyi sorğuya əsasən, qeydiyyatdan keçmiş seçicilərin təxminən 69%-i, 2024-cü ildə Trampa səs verənlərin isə təxminən 50%-i Ağ Evdə etik normaların pozulması ilə bağlı narahatlığını ifadə edib. Respondentlərin təxminən yarısı korrupsiyanı əvvəlki prezidentlərin dövrü ilə müqayisədə daha ciddi problem hesab edir. İqtisadi çətinliklər səbəbindən ictimai narazılıq artır. İnflyasiyanın əsas səbəbi İranda müharibədir. Müharibə nəticəsində dizel yanacağının qiyməti ötən illə müqayisədə 70% artaraq bir qallon üçün 6,32 dollara çatıb",- məlumatda deyilib.
Bundan əlavə, sorğuda iştirak edənlərin 56%-i ilin əvvəlindən bəri maddi vəziyyətlərinin pisləşdiyini bildirib. Respondentlərin dörddə birindən çoxu isə ərzaq və dərman xərclərini azaltmağa məcbur qaldığını qeyd edib.





