Dünya · Axar.az

Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Qara dəniz Fars körfəzindən də təhlükəli olub - FT xəbəri üçün şəkil

Rusiya hücumları nəticəsində Qara dəniz dünyanın ən təhlükəli ticarət marşrutuna çevrilib. Burada həlak olan dənizçilərin sayı hətta Fars körfəzindəki göstəricini də üstələyib.

Axar.az xəbər verir ki, bu barədə "Faynənşl Tayms" məlumat yayıb.

Məlumata görə, gəmilərin heyətləri mütəmadi olaraq PUA və raketlərin hücumlarına məruz qalır:

"Dəniz təhlükəsizliyi üzrə “Ambrey” şirkətinin və Beynəlxalq Dəniz Təşkilatının məlumatına əsasən, bu il regionda 570-dən çox gəmi hücumlardan zərər çəkib, ölənlərin sayı isə 40 nəfəri ötüb. Dəniz yollarında tərəflər arasında qarşılıqlı hücumlar nəticəsində insidentlərin sayı kəskin artıb. Üçüncü rübdə hücumların gündəlik orta sayı dördü ötüb. Mövcud təhlükələr səbəbindən Qara dənizdə gəmilərin hərbi sığorta haqqı onların korpus dəyərinin 15%-nə qədər yüksəlib. Bu, Fars körfəzindəki göstəricidən iki dəfə çoxdur. Ukrayna limanlarından kənd təsərrüfatı məhsullarının ixracı müharibədən əvvəlki səviyyə ilə müqayisədə təxminən 75% azalıb".

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑