Dünya · Bizim.Media

Yeni zəhərli ilan növü aşkarlandı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Yeni zəhərli ilan növü aşkarlandı xəbəri üçün şəkil

Laosun mağaralarında və əhəngdaşı qayalıqlarında yaşayan yeni zəhərli gürzə növü aşkar edilib.

Bizim.Media xəbər verir ki, tədqiqatçılar genetik analiz və xarici əlamətlərin müqayisəsi nəticəsində ilanın elmə əvvəllər məlum olmayan növə aid olduğunu müəyyənləşdiriblər.
 

“Protobothrops flavirostris” adlandırılan yeni növ 2024-cü ilin oktyabrında Laosun Vanq Vyеnq bölgəsində qeydə alınıb. Tədqiqat bir yetkin dişi ilanın nümunəsi və qonşu mağaralarda müşahidə edilən daha üç ilanın fotoşəkilləri əsasında aparılıb.


Təxminən 82,6 santimetr uzunluğunda olan ilanın sarı-narıncı burnu, tünd qəhvəyi-qara başı və qırmızımtıl-qəhvəyi köndələn ləkələri var.

Genetik nəticələr ilanın ayrıca təkamül xəttinə aid olduğunu göstərib. Onun ən yaxın məlum qohumu 2020-ci ildə Taylandın şimal-qərbində aşkarlanmış P. kelomohy növüdür.

Nümunə Laos Milli Universitetinin Vientyan şəhərindəki kolleksiyasında saxlanılır.

Bizim.Media

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑