Serbiyanın keçmiş prezidenti Aleksandr Vuçiç rəhbərlik etdiyi “Birləşmiş Serbiya” koalisiyasının növbədənkənar parlament seçkilərində məğlub olduğunu etiraf edib.
Bizim.Media xəbər verir ki, o, bazar ertəsinə keçən gecə tərəfdarları qarşısında çıxışında mart-aprel aylarınadək Serbiyanın Rusiyaya qarşı sanksiyalara qoşula biləcəyindən narahatlığını ifadə edib.
Vuçiç bildirib ki, hakimiyyətə gələcək qüvvələr “bizim istəmədiyimiz hər şeyi edəcəklər”.
Serbiyada növbədənkənar parlament seçkiləri oktyabrın 25-də keçirilib. 250 deputat mandatı uğrunda 19 siyasi qüvvə mübarizə aparıb. Əsas rəqiblər Vuçiçin rəhbərlik etdiyi “Birləşmiş Serbiya” koalisiyası və “Tələbə siyahısı – tələbələr qalib gəlir” adlı vətəndaş qrupu olub.
Vuçiç daha əvvəl Serbiyanın Avropada Rusiyaya qarşı sanksiyalara qoşulmayan yeganə ölkə olduğunu bildirmişdi. O, sanksiyalardan imtinanın ölkənin beynəlxalq nüfuzunu gücləndirdiyini deyib və Belqradın Moskva ilə münasibətlərinə görə güclü xarici təzyiqlə üzləşdiyini vurğulayıb.
Bizim.Media



