Dünya · Axar.az

Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Almaniya doğrudan dağılır? Hər 4 saniyədə 1 nəfər işini itirir xəbəri üçün şəkil

Almaniyanın dövlət borcu tarixi maksimum həddə çataraq 2,819 trilyon avronu keçib.

Axar.az xəbər verir ki, bu barədə “Bild” qəzeti makroiqtisadi proqnozlaşdırma aləti olan “Pleite-Uhr”a (Müflisləşmə Sayğacı) istinadən hesabat yayıb.

Mövcud hesablama modellərinə görə, ölkədə eyni zamanda korporativ sektorda və əmək bazarında kəskin pisləşmə müşahidə olunur. İlin əvvəlindən bəri korporativ iflasların sayı artıq 21.303-ə çatıb. Riyazi model göstərir ki, Almaniyada hər 20 dəqiqədə bir şirkət bağlanır. Təkcə son dörd gündə - 24-28 oktyabr tarixlərində - 357 alman şirkəti özünü müflis elan edib.

Son günlərdə müflis olan şirkətlər arasında 150 illik tarixə malik “Tullau Pappen” kağız fabriki və təxminən 300 işçisinin işdən çıxarılma riski ilə üzləşdiyi, “Mersedes-Benz” avtomobil komponentlərinin əsas təchizatçısı olan “Aios” zavodu da var.

Eyni zamanda, məşğulluq vəziyyəti pisləşir. İlin əvvəlindən bəri qeydə alınmış işsizlik müavinəti müraciətlərinin sayı 5.935.856-ya çatıb. Mütəxəssislər hər dörd saniyədə bir nəfərin işini itirdiyini təxmin edirlər.

Qeyd olunur ki, hesabatda Almaniya Federal Statistika İdarəsinin və Almaniya Federal Məşğulluq Agentliyinin son rəsmi məlumatlarından istifadə olunur.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑