Ukrayna Donetsk vilayətində demilitarizasiya zonasının yaradılması məsələsini müzakirə etməyə hazırdır.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin müşaviri Sergey Leşşenko bildirib.
Onun sözlərinə görə, Ukrayna müharibənin mümkün qədər tez başa çatdırılması üçün danışıqların aparılmasını təklif edir. Kiyev, həmçinin enerji infrastrukturu və dəniz sahəsi də daxil olmaqla, ayrı-ayrı sektorlarda atəşkəsin tətbiqini dəstəkləyir.
O qeyd edib ki, ərazi məsələləri texniki danışıqlar qrupları səviyyəsində deyil, dövlət başçıları arasında müzakirə olunmalıdır:
“Ukrayna kompromisə getməyə hazırdır. Məsələn, Donetsk vilayətinin bütün ərazisində deyil, hər iki tərəfdən döyüş təmas xəttinin ətrafında yerləşən hissəsində demilitarizasiya zonasının yaradılması məsələsi liderlərin danışıqlarında müzakirə oluna bilər. Ukrayna bunu təkliflərindən biri kimi hazırlayıb”.





