Dünya · Axar.az

Əfqanıstanda BBC-nin yayımı dayandırıldı

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Əfqanıstanda BBC-nin yayımı dayandırıldı xəbəri üçün şəkil

Əfqanıstan hakimiyyəti ölkədə BBC radiosunun yayımını dayandırıb.

Axar.az xəbər verir ki, bu barədə Talibanın İnformasiya və Mədəniyyət Nazirliyinin sosial media nəzarəti şöbəsinin müdiri Səfiullah Raid “TOLO Nyus”a açıqlamasında deyib.

Bildirilib ki, qərar BBC-nin təkrarlanan səhvləri səbəbindən verilib. Lakin qurum rəsmisi hansı səhvlərə istinad etdiyini açıqlamayıb.

BBC də ölkə daxilində radio yayımlarının dayandırıldığını təsdiqləyib.

Bir mənbə “Röyters” agentliyinə bildirib ki, vəziyyətin həlli üçün Əfqanıstan hakimiyyəti ilə danışıqlar aparılır.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑