Dünya · Axar.az

Çin ilk dəfə Aya astronavt göndərəcək

Hazırda oxuyur: — Ümumi baxış: 0 Cari oxucu sayı son 90 saniyədə görünən səhifələrə əsaslanır.
Xəbəri saxlamaq üçün daxil olun
Çin ilk dəfə Aya astronavt göndərəcək xəbəri üçün şəkil

Çin 2030-cu ilə qədər Aya ilk dəfə astronavtlardan ibarət ekspedisiya göndərməyə hazırlaşır.

Axar.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.

"Ekspedisiyada ümumilikdə üç nəfər iştirak edəcək, lakin onlardan yalnız ikisi birbaşa Ayın səthinə enəcək.

Ekipajın və Ay səthinə eniş aparatının orbitə çıxarılması üçün iki raketdən istifadə ediləcək. Əvvəlcə “Çançjen-10” raketi eniş modulunu Ayın orbitinə çatdıracaq, daha sonra isə ikinci raket ekipajlı kosmik gəmini həmin orbitə çıxaracaq. Ay orbitində kosmik aparatların birləşməsindən sonra ekipajın iki üzvü eniş aparatına keçərək Ayın səthinə enəcək. Onlar burada elmi tədqiqatlar aparacaq və Ay səthinin öyrənilməsi ilə məşğul olacaqlar. Proqram başa çatdıqdan sonra onlar Ay orbitinə qayıdaraq əsas kosmik gəmi ilə birləşəcək və ekipajın üçüncü üzvü ilə birlikdə Yerə geri dönəcəklər",- məlumatda deyilib.

BİRLİKDƏ PAYLAŞAQ

Xəbəri paylaş

Oxunma0

Bu saytdakı səhifə baxışları; təkrar açılışlar da sayılır.

Yuxarı qayıt ↑